Yuxarı

Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək

“Azercell Telekom” MMC həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində layihələrini davam etdirir. Ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda valideyn himayəsindən məhrum gənclərə karyera quraraq güvənli gələcəyə addımlamaq üçün geniş imkanlar açır. Layihənin məqsədi SOS Uşaq Kəndlərində və icmalarda böyüyən 15-25 yaş aralığında 100 gənci iş bazarına hazırlamaq, mövcud fəaliyyətlərinin əhatəsini genişləndirmək və şəxsi inkişafları üçün yeni təşəbbüslər yaratmaqdır.

Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edəcək fəaliyyətlər ilk növbədə 8 moduldan ibarət məşğulluğa hazırlıq və kiçik sahibkarlıq mövzularında onlayn təlimlərdən ibarət olacaq. Liderlik bacarıqları, Kommunikasiya bacarıqları təlimləri, Maliyyə Savadlılığı kimi praktiki modullar, İnsan Qaynaqları menecerləri ilə müsahibələrin keçirilməsi planlaşdırılıb. Vebinarlar “YouthLinks” platforması üzərindən təqdim olunacaq. Layihənin növbəti mərhələsində iştirakçı gənclərin bilik, bacarıq və istəklərinə uyğun müxtəlif peşə təlimlərinə cəlb edilməsi nəzərdə tutulub. Yekunda isə peşə hazırlığını uğurla bitirmiş gənclərin həmin peşə sahələrində müxtəlif biznes nümayəndələrinin yanında təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.

Qeyd edək ki, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının, hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, cəmiyyətə inteqrasiyası daima “Azercell Telekom”-un diqqət mərkəzində saxladığı sosial mövzulardandır.

Tarix
2022.11.30 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla