Yuxarı

"Sədərək Yusif"in oğlunun evindən 803 minlik oğurluq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sədərək Yusif"in oğlunun evindən 803 minlik oğurluq...

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 min 118 manat ziyan dəyib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 min 118 min manat deyil 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.

Tarix
2022.12.06 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla