Yuxarı

Azərbaycanda bu şəxslərin aktivləri dondurulacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu şəxslərin aktivləri dondurulacaq

Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:

- aktivlərin təxirəsalınmadan dondurulması;

- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.

Aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəfin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanadək tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlara müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.

Eyni zamanda layihə ilə hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər də müəyyənləşir.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:

- sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər,

- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;

- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.

Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Tarix
2022.12.07 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla