Yuxarı

Hacı Şahin: “Sonuncu vaqona minməyin...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində mənim adıma açılan hesabların heç birinin mənə aidiyyəti yoxdur.

Bu sözləri Məşhədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli Feysbuk sosial şəbəkəsində "Sonuncu vaqona ancaq qadınlar minsin!" kampaniyası ilə bağlı Axar.az-a danışarkən deyib:

"Nə Feysbuk şəbəkəsindəki hesablar, nə də həmin fikir mənə aiddir. "Sonuncu vaqona minməyin" adı ilə başladılan kampaniya məsələsinin isə o şəkildə qoyulmasını düzgün hesab etmirəm. Biz bu şəkildə bütün ölkəyə müraciət edə bilmərik ki, axırıncı vaqona minməyin. Bunu bu şəkildə həll etmək mümkün deyil və bu kampaniya şəklində olmamalıdır.

Bir neçə ölkədə, hətta Yaponiyada da bu təcrübə var. Onlar isə yəqin bu prosesi hansısa şəkildə tənzimləyir. Onu insanların öz ixtiyarına buraxmaqla alınan bir şey deyil.

Mən bu məsələ ilə razılaşmıram və fikrimcə, məsələnin bu şəkildə qoyulması doğru deyil".

Qeyd edək ki, bu gün Feysbuk sosial şəbəkəsində metroda sonuncu vaqona yalnız qadınların minməsi ilə bağlı kampaniya başladılıb.

Tarix
2015.11.02 / 16:12
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla