Yuxarı

Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

Türkiyədə fəaliyyət göstərən yüzlərcə qeyri-hökumət təşkilatının dəstəyi, eləcə də ölkənin dini ictimaiyyətinin iştirakı ilə İsveçin Ankaradakı səfirliyi qarşısında yürüş-mitinqi keçirilib.

Axar.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunan yürüş-mitinqin iştirakçıları İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”ə qarşı həyata keçirilən təhqiredici hərəkətə etirazlarını nümayiş etdiriblər.

Etirazçılar dini və milli irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.

Bəyanatda qeyd edilib: “İslam sülh və məmnunluq deməkdir. İslama qəsd insanlığa qarşı qəsddir. Bu qəsd qəbuledilməzdir! Müqəddəs Kitabımız toxunulmazdır”.

Tarix
2023.01.24 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla