Yuxarı

Terrorçu ilə döyüşən qəhrəman əməliyyat olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorçu ilə döyüşən qəhrəman əməliyyat olundu

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarla döyüşən və onun daha böyük qətliamlar törətməsinə imkan verməyən Vasif Tağıyev əməliyyat olunub.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:

“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:

“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.

Tarix
2023.01.28 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla