Yuxarı

“Azəryolservis”in iki əsas layihəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolların yenidənqurulması çərçivəsində Azəryolservis ASC 2 layihəni yekunlaşdırıb.

ASC-dən Axar.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü (80 km) kilometrlik Hacıqabul-Kürdəmir və 200-287,805-ci (87,805 km) kilometrlik Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.

I texniki dərəcəyə qurulan Hacıqabul-Kürdəmir yolunun uzunluğu 80 kilometr, Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun uzunluğu isə 87,8 kilometrdir.

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.

Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq görülərək yekunlaşdırılıb.

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidənqurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür.

Bundan başqa, yolda 25 ədəd yeraltı keçiddən 11-i tikilib, 14-ü tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağının tikintisi artıq yekunlaşıb.

Ümumilikdə Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 85 faizi görülərək yekunlaşdırılıb.

Tarix
2015.11.10 / 15:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla