Yuxarı

Bu kənddə 106 evə qaz verilib, 14 ev 13 ildir gözləyir…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşın Yeniarx kəndindəki 120 evdən 106-ı 2009-cu ildə qazla təmin olunub. Ancaq qalan 14 ev qaz borusundan 250-300 metr aralı yerləşdiyindən onlara qazın gələcəkdə çəkiləcəyi bildirilib.

Sözügedən mövzu ilə bağlı sakinlər tərəfindən Axar.az-a müraciət daxil olub.

Onların sözlərinə görə, artıq 14 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qaz xətti hələ də çəkilməyib.

Məsələ haqda “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, hər il qazlaşma layihəsi təsdiq olunarkən qaz çəkiləcək kənd və yeni yaşayış massivlərinin siyahısı hazırlanır:

“Bundan sonra layihəyə uyğun olaraq büdcə ayrılır. Ancaq elə evlər olur ki, ərazidə qazlaşma bitdikdən sonra tikilir və ya tikintisi davam edir, yaxud qaz borusunun ana xəttiylə ev arasında 200-300 metr məsafəsi olur. Belə hallarda həmin evlərə qaz çəkilməsi sonradan icra olunur. Bu istisna hallar Azəriqaz İB-nin daima gündəmindədir”.

O, yaşayış məntəqələrinə qaz çəkilərkən bütün xərclərin “Azəriqaz”ın daxili maddi resursları hesabına həyata keçirildiyini deyib:

“Bu səbəbdən burada mərhələlik prinsipi mütləq qorunur. Birliyin bir il ərzində 50-60 kəndin qazlaşmasını həyata keçirəcək nə maddi, nə də fiziki imkanı var. Ona görə hər il yeni yaşayış məntəqələrinin siyahısı tutulur və planlama olur. Əsasən də daha rahat və az vəsait xərcləməklə qazlaşmanın həyata keçirilməsi mümkün olan yaşayış massivləri prioritet təşkil edir. Bu baxımdan sözügedən 14 evin də qazlaşdırılması həyata keçiriləcək”.

E.Vəliyevin sözlərinə görə, əgər həmin sakinlər mərhələli şəkildə qazlaşma prosesini gözləmək istəmirlərsə, xüsusi lisenziyası olan podratçı şirkətlər və təşkilatlara öz vəsaitləri hesabına fərdi yaşayış evlərinin qazlaşmasını həyata keçirə bilərlər:

“Bunun üçün Azeriqaz.az saytına daxil olaraq öz ünvanlarına uyğun həmin podratçıların siyahısını əldə edə bilərlər”.

Tarix
2023.03.27 / 16:53
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla