Yuxarı

Şahdağ Milli Parkı qəsdən yandırılıb? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkının ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, noyabrın 25-də gecə saat 24 radələrində Şahdağ Milli Parkının Quba meşəbəyiliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının birgə səyləri nəticəsində səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.

Tarix
2015.11.26 / 13:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla