Yuxarı

Ağdaşda faciə: iki bacı öldü, ata və oğul ağır yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 29-da axşam saatlarında Ağdaşın Türyançay kəndində qeydə alınıb.

Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü Əfqan Əliyev, onun atası 1962-ci il təvəllüdlü Əliyev Elton Cəlal oğlu, onun qaynanası 1948-ci il təvəllüdlü Quliyeva Fatimə Qabil qızı, bacısı 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda koma vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik tam məlum deyil.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2015.11.30 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla