Yuxarı

Akif Çovdarovla bağlı bu qərar ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akif Çovdarovla bağlı bu qərar ləğv edildi

Bu gün Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, kassasiya protesti təmin edilib. Əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib.

Məhkumlar - A. Çovdarov və S. Məmmədova münasibətdə əmlakların xüsusi müsadirəsi ilə bağlı məsələyə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə yenidən baxılması üçün cinayət işinin apellyasiya instansiyası məhkəməsinə - yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilib.

Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib.

Tarix
2023.04.25 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla