Yuxarı

Elçin Sadıqovun vəkillik fəaliyyətinə niyə son qoyuldu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyası dünən tanınmış vəkil Elçin Sadıqov da daxil olmaqla, 4 vəkilin fəaliyyətinin dayandırıb, 1 vəkilə isə töhmət verilib.

Axar.az xəbər verir ki, Elçin Sadıqovla bağlı “Haqqin.az” saytının rəhbəri Elnulla Fətullayev şikayət verib. Belə ki, Fətullayevin şikayəti “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alınıb, “Xural.com” saytının təsisçisi Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlıdır. Fətullayev iş adamının vəkili olmuş Sadıqovun bu işdə vasitəçilik etdiyini vurğulayıb və məsələnin araşdırılmasını tələb edib.

Ötən ilin sentyabrında edilən şikayəti dünən baxılıb və müvafiq qərar çıxarılıb.

Məsələ ilə bağlı saytımıza danışan Elçin Sadıqov Baş Prokurorluğun qərarını da əlavə etməklə, bu gün Vəkillər Kollegiyasına müraciət edəcəyini bildirib:

“Azərbaycan Respublikasının Baş Prokurorluğunun qərarında mənim əməlimdə cinayət tərkibinin olmadığı öz əksini tapıb. Ümid edirəm ki, Vəkillər Kollegiyası yenidən baxılma ilə haqqımdakı qərarı ləğv edəcək. Cinayət işinə gəldikdə isə proses formal olaraq davam edir. Ancaq dediyim kimi, verilən qərarda mənim əməlimdə cinayət tərkibinin olmadığı bildirilib”.

Xatırladaq ki, sözügedən şikayət əsasında Baş Prokurorluq cinayət işi başlatmış, Elçin Sadıqov və Əvəz Zeynallı həbs edilmişdi. Daha sonra Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığına buraxılmışdı.

Tarix
2023.07.07 / 12:13
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh müqaviləsi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ümid edirik, gözləntilərə uyğun qərar qəbul olunacaq - Nazir

Əli Əsədov BMT rəsmisi ilə görüşdü

Britaniyalı nazir Bakıdan çağırış etdi: 100 milyon dollar...

İlham Əliyev Fələstin liderinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla