Ana səhifə Toplum |
12:46
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodu MMC-də partlayış baş verib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda araşdırma aparılır.
***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazıra iş üzrə ibtidai istintaq aparılır.
Tarix
2023.07.24 / 18:35
|
Müəllif
Axar.az
|