Yuxarı

1926-cı ildə Bakıda keçirilmişdi - Təkrarlanacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
1926-cı ildə Bakıda keçirilmişdi - Təkrarlanacaq

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək.

Kult.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, tədbirin 2026-cı il fevral ayının 26-da AMEA-nın Rəyasət Heyətinin inzibati binasında keçirilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, I Türkoloji Qurultay - 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilib. Tədbir zamanı SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib.

Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.

Tarix
2024.12.06 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla