Yuxarı

Xəyyamla bağlı təsirli fakt: Əməliyyat pulu hazır olan gün...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədli ötən gecə vəfat edib.

Kult.az Titul.az-a istinadla meyxanaçının bioqrafiyasını təqdim edir:

Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. O, ailəli olsa da, övladı olmayıb. Ali təhsili olmasa da, dediyi meyxanlar və yazdığı musiqilər hər zaman ürəklərə yol tapıb.

Mərhum meyxanaçını Azərbaycan dinləyicisinə tanıdan Ordumuzun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən ona həsr etdiyi "Məmləkətim" və ya ikinci adı ilə "Hələ oğlun salamatdır" adlı bəstəsi oldu. Bu bəstə onu qısa zamanda bütün ölkədə məşhurlaşdırdı.

Xəyyam 2018-ci ildə ürəyindən "anju" olunmuşdu. O, 2023-cü ildə insult keçirib. Söz xiridarı səhhəti ilə əlaqədar uzun müddətdir xəstəxanada yatıb. Açıqlamalarından birində bildirmişdi ki, uzun zaman əvvəl ürəyinə su yığılıbmış. Buna görə o zaman əməliyyat olunması vacib hesab edilsə də, bu əməliyyat keçirilməmişdi. Bir gün birdən-birə gözü qaralan meyxanaçı huşunu itirir, gözünü xəstəxana divarları arasında açır.

Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi, ümumilikdə əməliyyat xərcləri ilə birgə bu məbləğin 150 min dollar civarında olduğu bildirilirdi.

Avqustdan yataq xəstəsi olan Xəyyam ayağa qalxa, yeriyə bilmirdi, bir ayağı isə tamamilə tutulmuşdu. Meyxanaçı avqustun 18-də kliniki ölüm keçirib, 20 dəqiqə ürəyi dayanıb. Bunu 3 gün sonra bilib.

Ürək çatışmazlığı ilə əlaqədar bədəninə su yığılmışdı.

Bir il ərzində xəstəxanada düz 8 dəfə yatan Xəyyam üçün 150 min dollar ötən gün toplanıb. Məbləğin çatışmayan təxminən 60 min dolları adı açıqlanmayan bir şəxs tərəfindən qarşılanıb.

Hər kəs sevincli, hər kəs ümidli olduğu bir vaxtda elə həmin gün gecə saatlarında "Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa, çarəsi də var" deyərək hər kəsdən daha çox ümidli görünən Xəyyam Əhmədli 44 yaşında yaşadığı mənzildə vəfat etdi.

Tarix
2024.12.03 / 09:45
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident Mövlud Çavuşoğlunu qəbul etdi

Türkiyə ilə fikir ayrılığı ciddiləşir: İran nə edəcək?

Ceyhun Bayramov Maltaya getdi

Milli Məclisin bugünkü iclası ləğv olundu

Bu şəhərdə ciddi döyüşlər gedir - Voskanyan həyəcanlandı

Türkiyə tələyə düşdü - Vilayətidən sensasion açıqlama

Mənə dedilər ki, ordumuzun Azərbaycana təsiri…

Qərb Azərbaycanda kimləri ələ alır? - Maşın bağışlayırlar

Ərdoğanın Bəşər Əsədə tələbləri: Artıq addımlar atırıq!

Ərdoğan Putinə Türkiyənin iki şərtini çatdırdı!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla