Yuxarı

Döyülən rektor qızı ölkəni tərk etdi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyülən rektor qızı ölkəni tərk etdi - Fotolar

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva Azərbaycanı tərk edib.

Musavat.com-un məlumatına görə, o, Türkiyəyə köçüb. Ülkər İsayeva İstanbuldakı Koç Universitetində həm təhsil alır, həm də çalışır. Hamlet İsaxanlının qızı övladı Cananı da özü ilə Türkiyəyə aparıb.

Qeyd edək ki, Ülkər İsayeva Türkiyə və Amerikada də psixologiya üzrə təhsil alıb, magistraturanı isə İngiltərədə oxuyub. Təhsili başa vurduqdan sonra 7 il Azərbaycanda yaşayıb. O, atasının təsisçisi olduğu Xəzər Universitetində İnsan Resusları Departamentinin direktoru kimi çalışıb, həmçinin, universitetdə müəllimlik də edib.

Xatırladaq ki, Ülkər İsayeva ötən il martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.

Tarix
2016.01.03 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” mələkdir...

Azərbaycanda alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla