Yuxarı

Gədəbəyə enerji verilişi bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gədəbəyə enerji verilişi bərpa edilir

Gədəbəydə qış fəslinin sərt keçməsi rayonda elektrik enerjisinin fasiləsiz verilişində problem yaradıb. Əsasən də dağətəyi kəndlərə qarın çox yağması elektrik naqilləri və dirəklərində təmir işlərinin aparılmasında çətinliklər yaradıb.

Kəpəz TV xəbər verir ki, qar rayonun 10-a yaxın ucqar kəndini elektrik enerjisiz qoyub. Bir həftədir ki, Gədəbəyə yağan qarın hündürlüyü rayon mərkəzində 50-60 sm-ə, dağlıq ərazilərdə isə 1 metrə çatıb. Kəndləri elektrik enerjisi ilə təmin edən xətlər sıradan çıxıb, dirəklər aşıb. Nəticədə Şınıx bölgəsində, İvanovka, Böyük Qaramurad və digər bir neçə kəndin elektrik enerjisi kəsilib.

Gədəbəy Rayon Elektrik Şəbəkəsi tərəfindən aparılan işlər nəticəsində hazırda rayon mərkəzi, eləcə də ətraf kəndlər fasiləsiz və dayanıqlı elektirk enerjisi ilə təmin olunur.

Gədəbəy rayon Elektrik Şəbəkəsinin rəisi Vaqif Hüseynov deyib ki, rayona yağan güclü qar nəticəsində elektrik şəbəkəsinə ciddi ziyan dəyib: "Tərəfimizdən aparılan təmir-bərpa işləri zamanı dəyən fəsadlar aradan qaldırılıb. Hazırda bütün kəndlərə dayanıqlı olaraq elektrik enerjisi verilməsi təmin olunub. 24 saat ərzində çalışırıq ki, bütün yaşayış mənətəqləri işqısız qalmasın".

Rayon Elektrik Şəbəkəsi qarlı və şaxtalı havalarda baş verə biləcək problemlərin qarşısını almaq üçün kəndlərdə SİP kabellərin çəkilişini və yeni dayaqların quraşdırılmasını həyata keçirir. Gədəbəydə 110 kənd də daxil olmaqla, ümumilikdə 21 min abonent elektrik enerjisindən istifadə edir.

Tarix
2016.01.08 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla