Yuxarı

Nazirlik uşağın döyülməsini araşdırır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:05

Sumqayıtda 22 saylı orta məktəbin şagirdin müəllimi tərəfindən döyülməsi faktı araşdırılır.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək.

***

Sumqayıt şəhəri 22 saylı orta məktəbin direktoru Tahirə Səfərova Report-a açıqlamasında şagirdi döyən müəllimin adını da açıqlayıb:

"Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb".

Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.

T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir: "Müfəttişlər də lazım olan araşdırmaları aparır".

Xatırladaq ki, ANS Sumqayıt şəhər orta məktəbin 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayıb.

Tarix
2016.01.14 / 10:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla