Yuxarı

DSX-nin rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX-nin rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət etdi

8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur.

Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.

Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Vətən müharibəsində, 2022-ci ilin sentyabr ayında və lokal xarakterli antiterror əməliyyatı zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri vurğulanıb.

Tarix
2023.11.08 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi

İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

Leyla Əliyevadan Albaniya səfəri ilə bağlı paylaşım - Video

Prezidentdən Sülh Şurasının iclası ilə bağlı paylaşım - Foto

İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etdi - Foto

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq

Sülh Şurasının qətnaməsi qəbul edildi

Tramp Sülh Şurasında iştirak edən liderlərlə görüşdü - Video

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla