Yuxarı

Şəhidin qızı xəstəxanada qızılcaya yoluxub? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb.

Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edilib ki, dekabrın 5-də bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub:

"Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub".

Qeyd edək ki, sosial şəbəkə platformalarında şəhid Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya yoluxmasına dair məlumat yayılıb. Bildirilib ki, Ülkər Tağızadə xəstəxanadan evə buraxıldıqdan sonra qızılca ilə mübarizə aparır və evlərində ağır əməliyyatdan çıxmış qardaşı olduğu üçün ailə çətinlik çəkir.

Tarix
2023.12.09 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla