Yuxarı

Naxçıvanda yüksək vəzifələrə təyinat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə yeni təyinatlar olub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardim Xidməti" publik hüquqi şəxsin direktoru Səbuhi Vahid oğlu İbrahimov, "Qan Bankı Və Qan Köçürmə Mərkəzi" publik hüquqi şəxsin direktoru Məmmədəli Əli oğlu Həsənov, "Treninq və Simulyasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Aytən Əlövsət qızı Rzayeva, yeni yaradılan "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsin direktoru Rifat Almurad oğlu Məmmədov (bundan əvvəl Elçin Zakir oğlu Rəfiyev), "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsin direktoru Mustafa Həsən oğlu Əliyev, "Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rəhim Nəcəf oğlu Rəhimov təyin edilib.

Sonuncu Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının keçmiş baş həkimidir. O, noyabr ayında Samiq Sadıxovun əmri ilə işdən çıxarılmışdı.

Tarix
2023.12.09 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla