Yuxarı

Zaur Mikayılov Masallıda vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraqAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dekabrın15-də Masallı rayonunda yerləşən Viləşçay Su Anbarının İstismarı İdarəsinin inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Axar.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Tarix
2023.12.15 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Şahın nəvələri Bakıya bayraq sancıb, qalır Təbriz…

Davkovadan Əliyevə: Buna görə təəssüflənirəm...

Rəsmi Bakıdan Makronun ittihamlarına kəskin cavab

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Almaniya prezidenti İlham Əliyevə başsağlığı verdi

Moskva və Tehran bunun əvəzini Bakıdan çıxır – Şərh

Macarıstanın prezidenti İlham Əliyevə başsağlığı verdi

YAP ödənişsiz təşviqat hüququndan imtina etdi

Sülh müzakirə edildiyi vaxt atəşkəs pozuldu: Məqsəd...

Erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla