Yuxarı

Bəzi rayonlarda sürüşmə gözlənilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi rayonlarda sürüşmə gözlənilir

Qarın əriməsi daha çox Azərbaycanın rayonlarında fəsadların yaranmasına və burada sürüşmə sahələrinin yenidən aktivləşməsinə səbəb olacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Lənkəran-Lerik yolunda və Quba, Qusar, Şabran zonasındakı sürüşmə zonalarında aktivləşmələrin baş verəcəyinə artıq əsas var: "Süxurlarda rütubətlilik artdıqda onlar gərilmə dərəcəsini keçirlər. Onların bir-birinə ilişkənliyi pozulur və sürüşmə aktivləşir. Qarın əriməsi mütləq orada fəsadlar yaratmalıdır".

E.Əlizadə bildirib ki, hazırda Bakıda aktivləşən əsas sürüşmə sahələri Zığ sürüşmə zonasında və Abşeron rayonunun Masazır qəsəbəsindədir.

Direktor müavininin sözlərinə görə, son günlərdə Köhnə Günəşli qəsəbəsindəki Kərpic zavodunun ətrafında olan uçurum sahəsində də qismən akitvləşmə müşahidə edilir: "Bu ərazi əvvəllər də sürüşmə sahəsi hesab edilib. Biz yayda orada monitorinq aparmışdıq, sakitlik idi. Amma son günlərdə artıq orada da aktivləşmə müşahidə edilir".

E.Əlizadə deyib ki, Şəhidlər xiyabanından Teleteatra tərəf olan hissədə də nisbi aktivləşmə var: "Şəhidlər xiyabanı tərəfdə ilk dəfə aktivləşmə baş vermir. Sadəcə olaraq, orada vəziyyət sabit olub, amma son vaxtlar orada nisbi hərəkət, yəni fəallaşma hiss olunur. Orada sürüşmə sahəsi hələ ki o qədər aktiv deyil. Bakı Teleteatrından "Gülüstan" sarayı istiqamətində istinad divarlarına yenidən baxış keçirmək lazımdır. Ola bilsin ki, istinad divarlarında nə isə problem yaranıb".

O, qeyd edib ki, sürüşmələrin aktivləşməsi ərazilərdəki süxurlarda rütubətliliyin artması ilə əlaqədardır: "Süxurlar artıq doyma həddinə yaxınlaşıb, belə olanda da onlar məhlula çevrilir. Bu o deməkdir ki, onların artıq sürüşən kütləsi artıb".

Tarix
2016.01.30 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla