Yuxarı

Olimpiya stadionunun direktoru: "Əlavə çadırlarımız var"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionunda mərasimlərin keçirilməsinin mümkünlüyünə dair elanlar boşuna yayılmayıb. Biz mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentliyin müraciəti və beynəlxalq təcrübəyə əsasən, belə bir qərar vermişik.

Bunu Report-a açıqlamasında Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev deyib.

Stadionda toy mərasimlərinin təşkilinə cəmiyyətdə birmənalı reaksiyanın olmamasını təbii sayan C.Qarayev insanların yarısının bunu normal, yarısının isə qeyri-adi qəbul etdiyni söyləyib. Lakin o əlavə edib ki, dünyanın bütün aparıcı stadionlarında belə hallara rast gəlinir: "Araşdırsanız, görərsiniz ki, toy mərasimləri "Kamp Nou"da da, "Emireyts"də də keçirilir. Stadionlar iki yerə bölünür: oyundan-oyuna açılan və boşluq vaxtlarda "çürüyənlər", ya da oyunların keçirilib-keçirilməməsindən asılı olmayaraq, daim canlananlar. Təbii ki, o dərəcədə ehtiyac içində deyilik ki, gözümüzü toylara dikək. Amma stadion olaraq, işimiz qazanc əldə etməkdən ibarətdir. Bizə də belə tapşırıq verilib ki, stadion və ətrafında daim canlanma olsun. Bununla bağlı bir neçə layihəmiz var. Velosiped zonaları, kartinq, peyntbol meydanları salmağı planlaşdırırıq. Əlavə təbii və süni örtüklü meydançalar tikilir. Yaxınlıqda Böyükşor parkı salınıb. Niyə insanlar bu qədər geniş imkanlardan yararlanmasınlar? Bu boyda obyekt niyə də boş qalsın?"

Direktor bildirib ki, toy mərasimini stadionun özü yox, mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik təşkil edəcək: "Biz açıq və qapalı məkanda mərasim üçün imkanlara malikik. 12 əlavə servis avtomobilimiz, mərasim üçün çadırlarımız var. Yaşıl ot örtüyündə mərasimin keçirilməsi təhlükəli deyil. Çünki xüsusi döşəmələr var ki, otu bir həftəyədək xarab olmaqdan qoruyur. Biz belə imkanları yaradırıq. Seçim bəylə gəlinin istəyinə bağlıdır. Mərasimi isə mərasimlərin təşkili ilə məşğul olan xüsusi agentlik aparacaq".

Tarix
2016.02.06 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla