Yuxarı

BAXCP hökumətə çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub.

İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı əsas diqqət ölkə iqtisadiyyatında baş verən proseslərə yönəldilib. Azərbaycan hökumətini iqtisadi islahatları sürətləndirməyə çağıran BAXCP İdarə Heyəti bu müstəvidə zaman itkisinə yol verilməsinin ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb.

Qeyd olunub ki, Neft Fonduna daxil olan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə azalıb və yaranmış vəziyyət çevik, təxirəsalınmaz və səmərəli addımların atılmasını tələb edir:

"Neft Fondunun fəaliyyəti ilə bağlı aparılan araşdırmalar bu qurumun idarəçiliyində olan vəsaitlərdən səmərəli istifadə etmədiyini göstərir. Belə olduğu təqdirdə, Neft Fondunun ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə ehtiyac qalmır və onun səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi daha məqsədəuyğundur".

BAXCP İdarə Heyəti hesab edir ki, ölkədə aparılan struktur islahatları genişləndirilməli və idarəetmənin bütün sahələrini əhatə etməlidir:

"İdarəetmədə səmərəliliyin artırılması, məmur özbaşınalığına son qoyulması, dövlət büdcəsindən idarəetmənin təşkilinə ayrılan vəsaitlərə qənaət edilməsi məqsədilə aparılan struktur islahatları çərçivəsində məmur ordusunun sayı azaldılmalı, ölkə ərazısi üzrə 8 və yaxud 9 bölgədə yerli dövlət hakimiyyəti və idarəetmə orqanları yaradılmalı, mövcud ərazi idarəetmə bölgüsü üzrə fəaliyyət göstərən bütün yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətləri xalqın seçdiyi yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə verilməlidir".

BAXCP İdarə Heyəti, islahatlar çərçivəsində, dövlət qulluğunda çalışan şəxslərin daha səmərəli fəaliyyət göstərmələri, korrupsiyaya zəmin yarada biləcək halların qarşısının alınması üçün onların əmək haqlarının dəfələrlə artırılmasını zəruri sayır.

Tarix
2016.02.08 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla