Yuxarı

Nazirlik 35 nəfəri peşə kurslarına cəlb etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 35 nəfəri peşə kurslarına cəlb etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində daha 35 nəfər gənc peşə hazırlığına cəlb edilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, hazırda mərkəzdə peşə təlimi keçən sağlamlıq imkanları məhdud gənclərin sayı 114 nəfərdir.

Gənclər burada kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər-qadın-kişi, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursu keçirlər.

Kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilir. Peşə təlimində olduqları müddətdə gənclərin mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili, müstəqil həyata hazırlanmaları və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır ki, bu da həmin gənclərin peşə reabilitasiyası ilə bərabər, sosial reabilitasiyasında da mühüm rol oynayır.

Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən indiyədək mərkəzə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə təliminə cəlb olunub.

Tarix
2016.02.16 / 13:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi

Bu ərazilərin azad olmasını istəyirik - İlham Əliyev

Ukraynaya yardım üçün əlimizdən gələni edirik

İlham Əliyev ABŞ-İran münaqişəsindən danışdı

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla