Yuxarı

AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu

Azərbaycan Hava Yolları QSC (AZAL) ilk dəfə beynəlxalq nüfuzlu "Great Place to Work" sertifikatı ilə təltif olunub.

Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bu sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.

Bildirilib ki, "Great Place to Work®" sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim edilir və iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsiplərinin beynəlxalq səviyyədə tanınan göstəricilərindən hesab olunur. Qiymətləndirmənin nəticələrinə əsasən, sorğuda iştirak edən AZAL əməkdaşlarının təxminən 80 %-i şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.

Milli aviadaşıyıcı insan kapitalını strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə ardıcıl investisiya yatırır. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

"Bu sertifikat bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanır. Bu nəticə Azərbaycan Hava Yollarında etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qarşıdakı dövrdə də əməkdaşlarımız üçün inkişaf imkanlarını genişləndirməyə və müasir, inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik", - AZAL-ın insan resursları direktoru Ellada Alışova bildirib.

İlk dəfə əldə olunan "Great Place to Work" sertifikatı AZAL-ın insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nəticə şirkətin etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına və əməkdaş məmnuniyyətinə verdiyi önəmi də bir daha təsdiqləyir.

Tarix
2026.07.13 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı videoçarx paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla