Yuxarı

Türkmənbaşıda MDB tədbirləri: Putin də gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmənbaşıda MDB tədbirləri: Putin də gəldi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Türkmənistana gəlib.

Axar.az xəbər verir ki, Rusiya liderinin təyyarəsi Türkmənbaşı şəhərinin beynəlxalq hava limanına eniş edib.

Putin MDB üzv dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək. Tədbirlər Xəzər dənizinin şərq sahilində, Türkmənbaşı yaxınlığında yerləşən Avaza Milli Turizm Zonasında keçirilir.

Rusiya prezidenti Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə edəcəklər.

Putinin İran Prezidenti Məsud Pezeşkianla da danışıqlar aparması planlaşdırılır. Liderlərin ikitərəfli əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə etmələri gözlənilir.

Tarix
2026.10.08 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla