Yuxarı

Prezidentin nazir təyin etdiyi 45 yaşlı Əhmədov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin nazir təyin etdiyi 45 yaşlı Əhmədov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Axar.az xəbər verir ki, nazir təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsili almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

F.Əhmədov 2000-2004-cü illərdə "Ədalət" hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

O, 2009-2011-ci illərdə Oksford Universitetinin "Foreign Service" proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.

2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ilin mayından hazırkı təyinata qədər isə nazir müavini olub.

Rus və ingilis dillərini bilir.

Tarix
2024.02.27 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhün praktik faydalarını görürük - İlham Əliyev

Ermənistana 28 min ton yük çatdırılıb - Prezident

İlham Əliyev Nikol Paşinyanı təbrik etdi

Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq - Prezident

Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir

İrəvanda toplantı: Əliyev Avropa Parlamentini tənqid etdi

İrəvanda sammit: İlham Əliyev çıxış etdi

Azərbaycan Prezidenti ilk dəfədir İrəvandakı tədbirdə iştirak edir

Ümid edirəm ki, bu tarixdə Bakıya gedə biləcəm - Nikol

Kaya Kallas Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla