Yuxarı

Bakıdakı avtobus qəzası ilə bağlı Rəsmi məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:37

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Baş verən qəza nəticəsində xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.

Baş həkimin müavini xəstəxanaya gətirilənlərin vəziyyətinin ağır olduğunu deyib.

Nizami rayon Prokurorluğundan bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil.

19:02

Fevralın 24-də paytaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi "İsuzu" markalı, "10 TC 962" dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi "Daewoo" markalı "90 HS 692" dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində "İsuzu" markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişinlərdən 12-si müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin "İsuzu" markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.02.24 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla