Yuxarı

Daha bir komitədə Apelyasiya Şurası yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Apelyasiya Şurası yaradılıb.

Komitədən Axar.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın əmri ilə yaradılan Apelyasiya Şurasının tərkibi və katibliyi təsdiq edilib. Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanova Şuranın sədri, Komitə aparatının şöbə müdirlərindən ibarət 8 nəfər isə Şuranın üzvləri təyin ediliblər. Eyni zamanda, Şuranın Katibliyinin tərkibi təsdiq edilib.

Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilən təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Qeyd edək ki, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 03 fevral tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilib və mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə təsdiq edilib.

Tarix
2016.02.24 / 10:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AŞ-dən Bakı-İrəvan arasındakı razılaşmaya reaksiya

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla