Yuxarı

“Krokus”da qətlə yetirilən Vüqar və xanımı İsraelyan – Video/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:19

Xəbər verdiyimiz kimi, 22 martda Moskvadakı “Krokus Siti Holl”a terror hücumu zamanı qətlə yetirilənlərdən biri də azərbaycanlı, Rusiya vətəndaşı 1983-cü il təvəllüdlü Vüqar Hüseynovdur.

Axar.az xəbər verir ki, Vüqar Hüseynovla bərabər onun həyat yoldaşı Liliya Xaçikovna İsraelyan da öldürülüb.

Ər-arvad hər ikisi Vnukova hava limanında işləyirlərmiş. Vüqar Hüseynov Perronların Emalı Xidmətinin rəis müavini, 33 yaşlı Liliya İsraelyan isə perrona nəzarət dispetçeri olub.

Bir müddət öncə yayılan videoda foyedəki sütunların arxasında gizlənərək, masalardan barrikada düzəltməyə çalışan Vüqar imiş (video təqdim edilir).

Rusiya mediası yazıb ki, Vüqar işinin peşəkarı olub, eyni zamanda, qətliam zamanı da qaçıb qurtula bilərmiş. Ancaq həyat yoldaşını qorumaq istəyi onun ölümünə səbəb olub.

Vüqar və Liliyanın yaş yarımlıq övladı var. Uşaq hazırda nənə və babasının yanındadır (ata, yoxsa ana nənə-babasının yanında olduğu qeyd edilmir - red.).

Qeyd edək ki, V.Hüseynovun xanımı Liliya İsraelyan ermənidir və Ermənistan vətəndaşıdır.

Tarix
2024.03.24 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla