Yuxarı

Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu kimi qaldı. İstər minimum əmək haqqı, istərsə də xəstəliklə əlaqədar müavinət alanlar artım olacağını gözləyirlər.

Axar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında müavinət və pensiyaların artırılmasının büdcədə iki cür nəzərdə tutulduğunu qeyd edib.

N.Cəfərli cari ilin ortaları müavinətlərin artırılmasının mümkün olduğunu deyib:

“May-iyun aylarında büdcəyə yenidən baxılması gözlənilir. Bu zaman minimum əmək haqqı və müavinətlərin artırılması məsələsinə də təkrar baxıla bilər. Çünki büdcədə vəsait olmadan hər hansı qərarla bu məbləği artırmaq mümkün deyil. Düzdür, Prezident fərmanı ilə ola bilər, amma yenə də belə qərar büdcədəki müvafiq maddələrə istinadən verilir. Ona görə də düşünürəm ki, əvvəlcə büdcəyə əlavələr və dəyişikliklərin olunacağına baxmaq lazımdır”.

Natiq Cəfərli may-iyun aylarında maaş və müavinətlərin artırılma imkanının ola biləcəyini qeyd edib.

Tarix
2024.03.27 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla