Yuxarı

Azərbaycanda bu tikinti materialları ucuzlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik davam edib.

Axar.az xəbər verir ki, bu sözləri Bizim.media-ya açıqlayan daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə, bu gün qiymətlərin bazar tərəfindən tənzimləndiyini diqqətə çatdırıb.

Ekspert vurğulayıb ki, əgər bazarda müştəri yoxdursa, qiymət də artmayacaq:

“Qalxsa da, alıcısı olmayacaq. Buna görə satıcı digər xərcləri ödəmək üçün qiymətləri aşağı salmağa məcbur olacaq. Bu gün hələ də Rusiyanın Belqorod və Ukraynanın Polşa ilə sərhədinə yaxın yaxın ərazilərindən ölkəmizə bəzi tikinti materialları idxal olunur.

Bu səbəbdən də bazarda bolluq müşahidə olunur və buna görə də qiymətlərdə artım baş vermir. Əvvəlki aylarda 44-45 manat olan divar kağızlarını hazırda 30-35 manata da almaq olar.”

R.Qasımzadə bununla belə, bəzi məhsullarda cüzi ucuzlaşmanın müşahidə olunduğunu bildirib:

“Əsasən də Rusiyadan gələn materiallarda nisbi ucuzlaşma nəzərə çarpmaqdadır. Əvvəlki iki ay ərzində “dikt” adlanan sıxılmış taxta parçalarının qiyməti 20-22 manat arasında dəyişirdi. Mart ayında isə bu dəyər 16-17 manata qədər düşdü. Alçıpanlarda, eləcə də bəzi yerli məhsullarda cüzi də olsa, ucuzlaşma müşahidə olunur. Ona görə ki, yerli məhsul xarici idxala rəqib olduğu üçün satıcılar cüzi endirimlər edirlər. Bazarın hazırkı vəziyyəti də ümumi satışın zəiflədiyini göstərir”.

O, qiymət dəyişikliklərinin aşağıdakı amillərlə bağlı olduğunu diqqətə çatdırıb:

“Belə ki, qiymətlər fevral ayında artır, amma martın əvvəlində azalır. Sonrakı aylarda isə qiymətlərin yenidən öz əvvəlki səviyyəsinə qalxması mümkündür. Bəzi boya məhsullarında əvvəlcə ucuzlaşma olub, amma sonradan qiymətlər tələbatın artması ilə əlaqədar öz əvvəlki səviyyəsinə qayıdıb. Bəzi dəmir məmulatlarında da eyni vəziyyət müşahidə olunub”.

Onun sözlərinə görə, qarşıdakı aylarda qiymət artımlarının olacağı proqnozlaşdırılır:

“Bunu da aprel ayından etibarən tikinti bumunun başlaması ilə əlaqələndirirlər. Növbəti aylardan tələbatın artacağı və buna uyğun məhsulların bahalaşacağı gözlənilir”.

Tarix
2024.03.28 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla