Yuxarı

Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək?

Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı taksi fəaliyyəti ilə məşğul olanların, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadə etdiyini bildirib.

"Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. Dünən elan saytlarında 443 "Prius" markalı avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə, avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan "Prius"ların 95%-i 2008-ci ilə qədər olan avtomobillərdir.

Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən "Prius"ların 60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata satılan "Prius"ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha da ucuzlaşması gözlənilir", - deyə o qeyd edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki, buraxılış tarixindən 15 ildən artıq müddəti keçən "Prius"ların qiyməti ucuzlaşa bilər:

"Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub. Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə tələbat artacaq. Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam yeni avtomobil ala bilmir".

Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar ayının 1-dən elan edilməli idi:

"Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi. Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar çalışmalıdır".

Tarix
2024.03.29 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla