Yuxarı

Qaradağ və Masallıda 50 kq narkotik vasitə ələ keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ və Masallı rayonlarında 50 kiloqram narkotik vasitə ələ keçirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb. Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb.

A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub. Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2024.03.30 / 11:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla