Yuxarı

Bu qurumda Texniki Komitə yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qurumda Texniki Komitə yaradıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə "Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması" üzrə Texniki Komitə yaradılıb.

Komitədən Axar.az-a verilən məlumata əsasən, Texniki Komitənin yaradılmasında əsas məqsəd alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə 13 dövlət və qeyri-hökümət təşkilatının əməkdaşları üzv seçilib. Bunlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri və Fizika İnstitutlarını, Fövqaladə Hallar Nazirliyi, Energetika Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbələrini misal göstərmək olar.

Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix
2016.02.26 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla