Yuxarı

Peterburqda Üzeyir Hacıbəylinin abidəsi ucaldılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peterburqda Üzeyir Hacıbəylinin abidəsi ucaldılacaq

Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.

Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.

Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb.

Tarix
2024.04.02 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla