Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi
yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, sabaha zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal
edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi
əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti
olacağı təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq
ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi
gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi
əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti,
gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq,
qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°
isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz
keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti
olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
yağıntılı olacağı, bildirilir. Ayrı-ayrı yerlərdə duman
proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın
temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6°
şaxta, gündüz 4-9° isti gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı, gündüz
əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, arabir
güclənəcək qərb küləyi əsəcək. Temperatur gecə 2-7° isti, gündüz
11-16° isti olacaq.