Yuxarı

Məktəblilərimiz xaricdə 10 medal qazandılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell-in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar.

16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər.

Onlayn fortmatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.

Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil olunur.

Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla ümumilikdə 70-dək artırıblar.

Tarix
2024.04.30 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla