Yuxarı

AzTV sədri məhkəmə iddiasında israrlıdır – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV sədri məhkəmə iddiasında israrlıdır – Açıqlama

Arif Alışanov Qulu Məhərrəmliyə qarşı öz iddiasını geri götürməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova tanınmış telejurnalist Qulu Məhərrəmli ilə AZTV-nin sədri Arif Alışanov arasında məhkəmə prosesi ilə bağlı danışarkən deyib.

"Arif Alışanov Qulu Məhərrəmliyə qarşı öz iddiasını geri götürməyəcək. Məhkəmə olacaq. Məhkəmə prosesini gözləsinlər. Bizim rəsmi mövqeyimiz bundan ibarətdir".

Qeyd edək ki, AzTV sədri A.Alışanov 39 illik jurnalist fəaliyyətində ilk dəfə olaraq bir həmkarını - Qulu Məhərrəmlini məhkəməyə verib. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Ağsaqqal jurnalist Şirməmməd Hüseynov həmkarlar arasında müzakirə və mübahisələrin mediada getməli olduğunu bildirərək, Qulu Məhərrəmlinin mövqeyini müdafiə edib və Arif Alışanovu jurnalist saymadığını, onu məmur hesab etdiyini vurğulayıb.

Nəsimi Məhkəməsinə müraciət edən Arif Alışanov telejurnalistə xüsusi ittiham qaydasında cinayət işinin açılmasını, onun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu maddələrdə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.

Tarix
2016.03.10 / 23:25
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla