Yuxarı

Siqaretlərin nağd satışı qadağan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatının nağd pulla satışına qadağa qoyulub.

APA xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur. Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb.

Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil:

"Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunublar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər. Yaranmış vəziyyət bazara real təhlükədir. Belə ki, bazarda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayı kifayət qədər artacaq. Çünki leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə dövlət büdcəmiz də ziyan çəkəcək. Distributorlar bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıdır".

Vergilər Nazirliyindən verilən məlumata görə, bu məsələ iki gün əvvəl sahibkarlarla baş tutan görüşdə müzakirə olunub.

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirib:

"Biz bir tərəfdən şəffaflığı, yoxlamaların sayının azalmasını istəyirik, digər tərəfdən dünyanın qəbul etdiyi hesablaşma metodundan istifadə etmək istəmirik. Bu məsələdə tütün məmulatı və spirtli içkilər sadəcə test xarakteri daşıyan bir istiqamət idi. Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Ödənişlərin nağd olması həddindən artıq yoxlamalara gətirib çıxarır. Sahibkarlar fəaliyyətlərinin 70-80%-ni nağd əməliyyatlarla edirlər. Dövlət miqyasında bu boyda nağdsız əməliyyatlara nəzarət etmək həqiqətən çətindir. Biz birgə uçot sisteminin təkmilləşdirilməsi, nağdsız əməliyyatların artırılması istiqamətində çalışmalıyıq. Nağd əməliyyatlar bazarda rəqabət mühitini pozur. Nağdsız işləyən, müasir uçot standartlarını tətbiq edən mağazalar, sahibkarlar bizə davamlı olaraq qanunsuz ticarətin, nağd aparılan ticarətin rəqabət mühitinə necə ağır zərbə vurduğundan şikayət edirlər. Nağd əməliyyatlara nəzarət artan kimi bir qrup insanlar deyir ki, bu, satışa çətinlik yaradır. Mənə elə gəlir ki, sahibkarlar burada mütəşəkkillik göstərməlidir, qanuni fəaliyyət göstərməyin zövqünü yaşamalıdır. Nağd əməliyyatlar dünyanın hər yerində vergidən yayınma riskini artırır".

Tarix
2016.03.11 / 16:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla