Yuxarı

Azərbaycan peyk istehsal edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kosmik Agentliyi yaxın illərdə müstəqil Azərbaycan üçün ilk dəfə peyk istehsal etməyi qarşısına məqsəd qoyub.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" (Baku İnvestment Day) festivalı çərçivəsində keçirilən "Biznes strategiyalarını cəmiyyətin tələbləri, aktual problemlər və dünyada həyatı yaxşılaşdırmaq üçün uyğunlaşdırmaq" adlı paneldə deyib.

O bildirib ki, istehsal edilən peyk kiçikölçülü olmayacaq:

"Biz daha güclü kosmik şəbəkə peyki istehsal edəcəyik. Azərbaycan Kosmik Agentliyi yeni ideyalar və təşəbbüslər istiqamətində əməkdaşlıq etməyə hazırdır".

Qeyd edək ki, ötən il "Azərkosmos" və ”Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.

İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq “Peyklərin inkişafı mərkəzi”nin layihələndirilməsində də "Azərkosmos"a dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.

IAI proqram çərçivəsində "Azersky-2" sisteminin idarəedilməsi və istismarı üzrə Azərbaycanda bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.

Hazırda Azərbaycaın orbitdə 2 telekommunikasiya peyki ("Azerspace-1" və "Azerspace-2") var.

Tarix
2024.06.27 / 18:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla