Yuxarı

Burada ianə edə, ağac əkdirə bilərsiniz - Yeni Mərkəz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransı barədə əhalinin ekoloji maarifləndirilməsi məqsədilə COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib.

Axar.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar həmin mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər. Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə elə buradaca ianə edərək ağac əkmək imkanından yararlana, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi nəticəsində əmələ gələn karbon ayaq izlərini ölçə və həmin nəticələrin minimallaşdırılması üçün atılmalı addımlara dair tövsiyələr əldə edə bilərlər.

Bununla yanaşı, növbəti aylarda həftəsonu günlərində Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.

Tarix
2024.06.27 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla