Yuxarı

“Azercell”in bu sertifikasiyası uğurla yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçib.

Keyfiyyət auditi “TÜV AUSTRIA AZƏRBAYCAN” MMC tərəfindən aparılıb.

Standart müştəri şikayətlərinin qeydə alınması, vaxtlı-vaxtında cavablandırılması və həll olunması prosesini qiymətləndirir. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir. Həmçinin müştərilərlə iş üzrə cavabdeh olan əməkdaşların professional inkişafı üçün lazımi şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır.

Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib. Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətlərini işə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərən lider mobil operator Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularını cavablayır.

Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmli texnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının daha operativ şəkildə emal edilməsinə nail olub.

Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur).

Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.

Tarix
2024.06.28 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla