Yuxarı

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi Azərbaycan Dillər Universitetinin qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri səmimiyyətlə salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan rektor bu münasibətlərin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Yaxın günlərdə ADU-da açılışı olacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə ölkələrimiz arasındakı əlaqələrin inkişafına güclü təkan verəcək.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını ifadə edən Məhəmməd əl-Bluşi bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Yaxın günlərdə ADU-da açılacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini, elmini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradacaq.

Gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi müzakirələri ilə davam edən görüşdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışının detalları ətraflı şəkildə müzakirə olunub. Mərkəzin iyul ayının 4-də açılması qərara alınıb. Açılış mərasimində universitet rəhbərliyinin, 12 ərəb dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin, aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tarix
2024.07.03 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan Şuşa sammiti öncəsi təxribat: Məqsəd nədir?

Belçika bunun üçün Azərbaycana 250 min avro ayırdı

Ərsin Tatar Bakıya gəldi - Foto

ABŞ nümayəndə heyəti sərhədimizə gəldi

İlham Əliyev Pakistana səfərə gedir

Əliyev, Ərdoğan və Şərifin görüşü ilə bağlı bəyanat

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana gəldi

Azərbaycanın mina problemi Belçikada müzakirə olundu

190 min şəxs Rusiya ordusu ilə müqavilə bağladı

Müsavat Partiyası seçkilərlə bağlı qərarını verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla