Yuxarı

Bakıda “Kənddən şəhərə” yarmarkası keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi 6-7 iyulda paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Axar.az-a bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar. “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Tarix
2024.07.04 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə İlham Əliyevə minnətdaram - Tatar

Şuşa sammiti Borrelli dəli etdi: Orbanı hədəf aldı

Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək

Azərbaycan Türk dünyasının güclənməsinə töhfə verir

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla