Yuxarı

Azərbaycanda dağıdıcı zəlzələ "proqnozlar"ı... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

O deyib ki, son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır:

"Bildirmək istəyirəm ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Təkcə bizim ölkəmiz deyil, ümumilikdə Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır və hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkanlar qeydə alınır.

Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur. Bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır".

O vurğulayıb ki, il ərzidə seysmik stansiyalar Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alır:

"Onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burda qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır. O ki qaldı Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara”, bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir.

Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək, yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır. Odur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar".

Tarix
2024.07.05 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla