Yuxarı

Axtarışda olan azərbaycanlı Əfqanıstanda öldürülüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axtarışda olan azərbaycanlı Əfqanıstanda öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb.

M. Bayramovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da
yerləşdirilib.

İnterpolun saytındakı məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.

Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.

Tarix
2014.02.12 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan Türkiyə açıqlaması: Münasibətlər...

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...

Ceyhun Bayramovla Vadeful Bakıda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla