Yuxarı

Quli və Lənkəranskidən sonra lider o seçildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quli və Lənkəranskidən sonra lider o seçildi - Foto

Rusiyadakı azərbaycanlı kriminal aləmin yeni rəhbəri seçilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya mediası yazıb.

Bildirilib ki, yeni klanın rəhbəri qanuni-oğru "Zaur Naxçıvanski" ləqəbli Zaur Şipilovdur.

"Bu statusa onun namizədliyini 1 saylı "qanuni oğru Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib", - KİV yazıb.

Məlumata görə, Şakro Rusiyada Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazım olduğunu bildirib və nəticədə “Şakro” Zaur Şipilovun namizədliyini təsdiqləyib.

Qeyd edək ki, 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. Zaur Naxçıvanski Rövşən Lənkəranskinin “xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb.

Bildirilir ki, o, azərbaycanlı kriminal avtoritetlər Rövşən Caniyevin (Rövşən Lənkəranski), daha sonra isə Nadir Səlifovun (Lotu Quli) ölümündən sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının rəhbəri olub.

Tarix
2024.09.05 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla